Xaçmazda 2 nəfər bıçaqlanıb

10:23 - 25 Avqust 2019 - HADİSƏ

Xaçmaz rayonu, Xudat şəhərində bıçaqlanma faktı qeydə alınıb. APA-nın verdiyi xəbərə görə, hadisə ötən gün axşam saatlarında baş verib. Rayon sakinləri 23 yaşlı İslam Eyyubov və 22 yaşlı Samir Aydəmirov müxtəlif bıçaq zərbələri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hər iki şəxsin vəziyyəti stabildir. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti