Qusarda 80 kisə qarğıdalı oğurlanıb

17:20 - 24 Avqust 2019 - HADİSƏ

Qusar rayonu ərazisindəki qarğıdalı sahəsindən 80 kisə qarğıdalı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 20-də Yasab-oba kəndi ərazisindəki qarğıdalı sahəsindən 2 ton 500 kiloqram (80 kisə) qarğıdalı oğurlamaqda şübhəli bilinən kənd sakinləri U.Əzizov, V.Şahbazov, M.Xalıfayev, İ.Əlistanov və Hiloba kənd sakini M.Fətiyev saxlanılıblar.

Xəbər xətti