"Barselona" futbolçuları klub prezidentindən narazıdır -Neymara görə

13:39 - 24 Avqust 2019 - İDMAN

"Barselona" komandasının liderləri PSJ-nin hücumçusu Neymarın transferi ilə bağlı klubun prezidenti Xosep Bartomeunun yaxşı danışıq aparmadığından şikayətlənirlər. Hamıdan çox kapitan Lionel Messi narahatdır.

Bu barədə "Lenta.ru" yazır. Məlumata əsasən, X.Bartomeu oyunçularla görüş zamanı parislilərin 140 milyon avroluq təklifi rədd etdiklərini bildirib. Futbolçular isə hesab edirlər ki, klub prezidentinin ötən mövsümün sonunda, nə olursa-olsun, Neymarı qaytaracağına dair söz verdiyinə baxmayaraq, braziliyalını qaytarmaq üçün yetərincə səy göstərilmir.

Hazırda "Barselona"lılar artıq PSJ forvardını ala bilməyəcəklərinə əmindirlər. Onlar Madridin "Real" komandasının Neymarı onlardan tez alacağından ehtiyat edirlər. Bu, Messini çox narahat edir, çünki o, hesab edir ki, komandanın gücləndirilməsi üçün Neymarı almaq zəruridir.

Məlumata əsasən, "Real" Neymarın müqabilində Parisin PSJ komandasına iki futbolçusunu (qapıçı Keylor Navas, hücumçu Luka Yoviç) və 120 milyon avro təklif etməyi planlaşdırır./oxu.az

Xəbər xətti