“Azəriqaz” mühəndisləri 7 rayona gedir

11:50 - 24 Avqust 2019 - Xəbər

“Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin mühəndisləri həftənin birinci günündən etibarən bir neçə rayona ezam olunacaqlar.

İB-dən Ucnoqta.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Prezident Administrasiyasının birgə təsdiq etdiyi illik qrafikə əsasən xüsusi formatda tərtib olunmuş qatar və avtobuslarda vətəndaşlara tələb olunan xidmətlərin “ASAN səyyar” xidməti vasitəsi ilə göstərilməsini təmin etmək məqsədi ilə “Azəriqaz” İB-nin mühəndisləri sentyabrın 2-də bölgələrdə fəaliyyətə başlayacaq.

Qurumun mühəndisləri Qazax, Balakən, Beyləqan, Şəmkir, Cəlilabad, Ağcabədi və İsmayıllı rayonlarında 30 təqvim günü müddətində xidmət göstərəcəklər.

Emin

Xəbər xətti