UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi "Qarabağ"ı cərimələyib.
Avropa futbol qurumunun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, buna səbəb Ağdam təmsilçisinin iyulun 31-də "Dalğa Arena"da Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya "Dandolk"unu 3:0 hesabı ilə məğlub etdiyi oyunda baş verənlərdir.
Qurum qarşılaşmanın ikinci hissəsində meydana azarkeşin daxil olması və tribunalarda insidentin baş verməsinə görə "Qarabağ"a 20 min avro (38 min manat) məbləğində cərimə kəsib.
Tarix
24 Avqust 2019 [10:42]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin