Neymar "Barselona"ya müraciət edib     
                    
                     
                    
                        
                                         
             
            17:02  -  23 Avqust   2019 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Fransanın PSJ komandasının futbolçusu Neymar İspaniyanın "Barselona" klubuna müraciət ünvanlayıb. 
"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu rəhbərlikdən onun transferi üçün təklif olunan məbləği artırmağı xahiş edib. 
Daha öncə PSJ Kataloniya təmsilçisinin braziliyalı oyunçunu satın almaq maddəsi ilə icarəyə götürmək istəyini geri çevirib. Çünki Fransa klubu qarşı tərəfin təklif etdiyindən daha böyük məbləğ tələb edir. Neymarın nümayəndələri keçidin tez reallaşmasıı üçün "Barselona" rəhbərliyinə təsir göstərməyə çalışırlar. 
Qeyd edək ki, Neymar 2 il əvvəl “Barselona”dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə 2022-ci ilədək müqaviləsi var.