Astarada ana uşaqları ilə birlikdə evdən qaçıb

16:47 - 23 Avqust 2019 - HADİSƏ

Astarada ana uşaqları ilə birlikdə evdən qaçıb. APA-nın məlumatına görə, avqustun 22-də rayonun Mecitməhəllə kənd sakini Hənifəyeva İradə Nəbi qızı Astara Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək qızı, 1991-ci il təvəllüdlü Aytən Hənifəyevanın övladları ilə birgə yaşadığı evdən çıxıb getdiyini və bir daha geri dönmədiyini bildirib. Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti