ATƏT: XİN başçıları yaxın vaxtlarda görüşmək barədə razılığa gəlib

11:42 - 23 Avqust 2019 - SİYASƏT

ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə davamlı həllində tərəflərə kömək etməyə qətiyyətli şəkildə sadiq olaraq qalır.

Bu barədə APA-ya ATƏT-in Kommunikasiya və Media Əlaqələri Departamentindən məlumat verilib. Bildirilir ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri həmsədrlərin himayəsi altında yaxın vaxtlarda yenidən görüşmək barədə razılığa gəliblər.

"Tərəflər, adətən, belə görüşün təfərrüatlarını eyni vaxtda və müvafiq zamanda, adətən, görüşdən bir neçə gün əvvəl elan edirlər", - deyə məlumatda qeyd olunur.

Xəbər xətti