"Futbolda nadir hallarda belə hadisələr olur" - Qurban Qurbanov

09:56 - 23 Avqust 2019 - İDMAN

"Futbolda nadir hallarda belə hadisələr olur. Çoxsaylı qol imkanlarımız oldu və bunlardan yararlana bilmədik, rəqib isə qol epizodlarından yox, standard vəziyyətlərdən qollarını vurdu".

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qubrnaov Avropa Liqasının pley-off mərhələsinin "Linfild"də səfər oyunundan sonra mətbuat konfransında deyib.
O, 2:3 hesabı ilə uduzmalarına baxmayaraq, mərhələni keçmək şanslarının çox olduğunu bildirib: "Bu futboldur, bunlara da hazır olmalıyıq. Cavab matçında böyük şansımız var. Bakıda qələbə qazanmağa çalışacağıq"./qol.az

Xəbər xətti