Mingəçevirdə azyaşlı binanın ikinci mərtəbəsindən yıxılıb

19:19 - 22 Avqust 2019 - HADİSƏ

Mingəçevirdə azyaşlı binanın ikinci mərtəbəsindən yıxılıb.

Hadisə Üzeyir Hacıbəyov küçəsində yerləşən fəhlə yataqxanasında baş verib.Belə ki, valideyn nəzarətindən yayınan 2015-ci il təvəllüdlü Şirəliyev Məhəmməd Elvin oğlu yaşadığı beşmərtəbəli binanın ikinci mərtəbəsindən yyıxılıb.

Ağır xəsarət alan azyaşlı təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./Apa

Xəbər xətti