Ana səhifə Mobil versiya
21 Sentyabr 2019

"Azərbaycan heç zaman indiki qədər güclü, qüdrətli, əzəmətli və müasir olmayıb"

"Azərbaycan heç zaman indiki qədər güclü, qüdrətli, əzəmətli və müasir olmayıb. Yaşam səviyyəsi də indiki qədər yüksək olmayıb. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan narahat dünyada stabilliyini qoruyub saxlayır. Bu, Azərbaycan gerçəkliyinin ən ibrətamiz amillərindən biridir".

Bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov "Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi" mövzusunda keçirilən konfransda deyib. Ə.Əhmədov qeyd edib ki, Azərbaycan inkişaf mərhələsini yaşayır: "Ölkəmiz müasir dövlətlərin içərisində ən uğurlularındandır. Bu, həm də ölkədaxili proseslərin ürəkaçan olmasından irəli gəlir.

Ölkəmizin dünya birliyində kifayət qədər nüfuzu var. Azərbaycan dünyada baş verən prosesləri təkcə izləmir, həm də həmin proseslərin iştirakçısıdır, istiqamətvericisidir. Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi dünya birliyinə verilən töhfədir. Azərbaycan dünyada baş verən narahatlıqların dialoqla həll edilməsinin tərəfdarıdır. Avropanın bir sıra ölkələrində multikulturalizm ideyalarından kənarlaşma meyilləri müşahidə olunur. Azərbaycan isə multikulturalizm ideyalarının əhəmiyyətli olduğunu hər zaman vurğulayıb"./report

Tarix
22 Avqust 2019 [17:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-08-22 17:07:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin