Ana səhifə Mobil versiya
21 Sentyabr 2019

Bir neçə rayonda qaz olmayacaq

Avqustun 22-si səhər saat 09:00-dan etibarən işlər başa çatanadək Naftalan şəhər mərkəzi və bir neçə kənddə qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsindən Ucnoqta.az-a verilən məlumata görə, qeyd edilən saatdan etibarən texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi işlərinə start verilib.

Həmçinin bu gün səhər saat 09:00-dan Hacıqabul rayonunun 5 kəndində də qaz təchizatı dayandırılıb. “Qaz İxrac” İdarəsi bu müddət ərzində balansında olan kəmərlərdə qaz sızmalarının ləğvi işlərini həyata keçirəcək.

Bundan başqa, “Qaz İxrac” İdarəsi qaz ölçü qovşağında quraşdırılmış qaz sayğacının əvəzlənməsini də həyata keçirəcək. Bununla əlaqədar olaraq 2 saat ərzində (10:00-dan 12:00-dək) Qazax rayonunun 3 kəndində qaz olmayacaq. Bundan başqa saat 09:30-dan 17:30-dək qaz sızmalarının ləğvi, orta təzyiqli qaz xəttinin sazlama işləri ilə bağlı İsmayıllı rayonunun mərkəzinin bir hissəsi və bir neçə kənddə qaz təchizatında məhdudiyyətlər olacaq.

Tarix
22 Avqust 2019 [10:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-08-22 10:06:06
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin