Tovuzda oğul atasını təqaüd kartına görə çəkiclə QƏTLƏ YETİRDİ

22:25 - 21 Avqust 2019 - HADİSƏ

Tovuz rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub. 

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, rayonun Aşağı Quşçu kəndində yaşayan 50 yaşlı Rasim Məsimov mübahisə zəminində atası 80 yaşlı Məsimov Müzəffər Bayram oğlunun başına çəkiclə zərbələr vuraraq onu qətlə yetirib.

İlkin məlumata görə, hadisəyə atanın oğluna verdiyi təqaüd kartını geri istəməsi olub. Bu zaman oğulla ata arasından mübahisə yaranıb və nəticədə qətl törədilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

***22:00

Tovuz rayonunda qətl hadisəsi baş verib.

Hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti