Ana səhifə Mobil versiya
21 Sentyabr 2019

Direktorların işə qəbulu üzrə müsahibə başlayıb

Avqustun 21-də Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları üzrə dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, müvafiq keçid balını toplamış 120 namizəd müsahibə mərhələsinə dəvət edilib. Müsahibələr avqustun 23-dək davam edəcək. Növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək.

Qeyd edək ki, bu ilin 13-19 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. 3403 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2273 nəfərin elektron ərizəsi təsdiqlənib.

Avqustun 2-də keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 1643 nəfər iştirak edib.

Tarix
21 Avqust 2019 [13:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-08-21 13:18:30
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin