Bakıda avtoservisdən “Niva” oğurlanıb

12:42 - 21 Avqust 2019 - HADİSƏ

Bakıda avtoservisdən “Niva” oğurlanıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, avqustun 20-də Nərimanov rayonunun T.Şıxəliyev küçəsində yerləşən avtoservisdən “Niva” markalı avtomobil qaçırılıb.
Araşdırmalarla avtomobilin həmin gün Təbriz küçəsində saxlanılması, sürücünün hadisə yerini tərk etməsi müəyyən edilib.

Nərimanov RPİ  18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən avtoservisin işçisi, Saatlı rayon sakini T.Qasımov saxlanılıb.

Xəbər xətti