Qubada 10 yaşlı uşaq dəm qazından boğularaq ölüb

20:33 - 20 Avqust 2019 - HADİSƏ

Quba rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Xanəgah kəndində qeydə alınıb. Babasıgilə qonaq gələn 2010-cu il təvəllüdlü, Bakı şəhər sakini Cəfərov  Rəsul Ramiz oğlu hamamda çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. /Apa

Xəbər xətti