Abşeronda evdən 5000 manatlıq oğurluq edilib

15:31 - 20 Avqust 2019 - HADİSƏ

Abşeron rayonunda yerləşən evlərin birindən 5000 manat dəyərində qızıl, geyim və məişət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oğurluq hadisəsi avqustun 11-də baş verib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini T.Səlimov saxlanılıb. 

Xəbər xətti