"Miq-29" təyyarəsinin pilotunun nəşi TAPILDI

12:34 - 20 Avqust 2019 - Xəbər

24.07.2019-cu ildə axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.

Ucnoqta.az xəbər verir ki, bunu Unikal.org-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.  O vurğulayıb ki, hazırda mərhumun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb. 

Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.

Xəbər xətti