Ana səhifə Mobil versiya
20 Sentyabr 2019

Qubada ötən gün başlayan yanğın hələ də davam edir

Qubada ötən gün başlayan yanğın lokallaşadırılıb, dağlıq və keçilməz ərazilərdə isə tüstülənmə qalmaqdadır.

Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xanlar Heybətov bildirib.
Onun sözlərinə görə, ərazinin dağlıq relyefə malik olması yanğının söndürülməsində çətinliklər yaradır:

"Hazırda yanğın çətin keçilən, qaratikan adlanan ağacların çox olduğu yerdə davam edir və bu səbəbdən onu söndürmək bir az vaxt alır. Düşünürəm ki, yaxın bir-iki saat ərzində yanğın söndürüləcək".
İcra Hakimiyyəti rəsmisi onu da qeyd edib ki, Şabran ərazisində yanğın tam söndürülüb.

Xatırladaq ki, yanğın ötən gün səhər saat 08 radələrində Şabran rayonunda başlayıb, daha sonra Quba ərazisinə keçib. Alov bələdiyyənin kol-kos sahəsində qaratikan adlanan ağacların çox olduğu yerdə qeydə alınıb.

Tarix
20 Avqust 2019 [11:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-08-20 11:08:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin