Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq

12:46 - 19 Avqust 2019 - Xəbər

Avqustun 20-dən etibarən Bakının Mirzağa Əliyev küçəsindən başlayaraq Nizami küçəsinin kəsişməsinə qədər və Murtuza Muxtarov küçələrində yol tikinti işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq.

Bu barədə APA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Tikinti işləri bir həftə müddətinə qədər davam edəcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə edilir.

Xəbər xətti