Ana səhifə Mobil versiya
21 Sentyabr 2019

Bakıda yol polisi avtomobili "VAZ 2107" ilə toqquşdu

Bakıda yol polisi avtomobilinin iştirakı ilə qəza baş verib.

Hadisə paytaxtın Yasamal rayonu ərazisindəki Bakı Dairəvi Yolda qeydə alınıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 4-cü tağımının avtopatrulu, polis şerjantı, 1994-cü il təvəllüdlü Həsənalıyev Sənan Qurban oğlunun idarə etdiyi 99 YP 341 dövlət nömrə nişanlı "BMW" markalı avtomobillə 1993-cü il təvəllüdlü Paşazadə Emin Qəzənfər oğlunun idarə etdiyi 10 BH 288 dövlət nömrə nişanlı "VAZ 21 07" markalı avtomobillər toqquşub. Zərbənin təsirindən "VAZ 2107" markalı avtomobil idarəetmədən çıxaraq Gürcüstan vətəndaşı Mürsəl Qurbanovun idarə etdiyi BA 999 KU nömrə nişanlı "Mercedes" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər 3 avtomobilə ciddi ziyan dəyib.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix
19 Avqust 2019 [10:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-08-19 10:01:23
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin