Neftçalada toydan qayıdan 24 yaşlı gənc özünü asdı

09:43 - 18 Avqust 2019 - HADİSƏ

Neftçalada 24 yaşlı gənc intihar edib.

“Report” xəbər verir ki, hadisə axşam saatlarında Bala Surra kəndində baş verib. İlkin məlumata görə, 1995-ci il təvəllüdlü Ələkbərov Sabir Əli oğlu toy mərasimindən evə qayıtdıqdan sonra həyətdəki yenicə tikilən hamamda özünü asaraq canına qəsd edib. Onun meyiti səhər saatlarında aşkar olunub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. S.Ələkbərovun intihar etməsinin səbəbi hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti