Ana səhifə Mobil versiya
21 Sentyabr 2019

Göyçayda toy karvanında qəza, yaralılar var - FOTO

Göyçay rayonunda zəncirvari qəza baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 215-ci km-də, Göyçay şəhərinin Natavan küçəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan "VAZ" markalı minik maşını qarşı tərəfdən gələn digər avtomobil ilə toqquşub. Qəza nəticəsində minik maşınlarında olan hər iki sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Tarix
17 Avqust 2019 [20:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-08-17 20:02:17
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin