Zubir “Qarabağ”dan gedirmi?

16:31 - 17 Avqust 2019 - İDMAN

Abdullah Zubir bu yay transfer pəncərəsi bağlanana qədər “Qarabağ”ı tərk edə bilər.

Fransanın “Le Télégramme” nəşri yazıb ki, ikinci liqa təmsilçisi “Genqam”ın prezidenti Bertran Desplat, klubun meneceri Stefan Karno bu transferlə əlaqədar danışıqlar üçün Bakıya səfər edib. İddia olunub ki, klub rəhbərliyi müsbət nəticələr əldə edib və transferi gerçəkləçdirməyə yaxındır.

“Qarabağ”ın Çempionlar Liqasında mübarizəni dayandırmasından sonra mərakeşli futbolçunun da bu keçidə müsbət yanaşdığı bildililib.
“Qarabağ”ın baş məşqçsi Qurban Qurbanov dünən keçirdiyi mətbuat konfransında Zubirlə əlaqədar suala cavabında qısaca olaraq bildirib ki, “onlarda bu barədə rəsmi məlumat yoxdur”. Ağdam klubunun direktoru Emrah Çelikel isə açıqlamasında məsələdən məlumatsız olduğunu söyləyib.

“Genqam”ın baş məşqçisi Patris Lar isə Fransa mətbuatına açıqlamasında Zubirlə danışıqlar apardıqlarını təsdiqləyərək deyib: “Qarşıdakı günlərdə yaxın xəbərlərin olacağına ümid edirəm. Bir neçə oyunçunu gözləyirəm. Abdullah Zubir və digır futolçu El Hacı Ba bizim maraqlandığımız futbolçulardır. Ancaq hələ ki , dəqiq bir şey yoxdur".

Xatırladaq ki, Zubir "Qarabağ"a ötən ilin yayında Fransanın “Lans” klubundan fransfer olunb. Onun Ağdam klubu ilə müqaviləsi 2020-ci ilin iyuluna başa çatır./qol.az

Xəbər xətti