Tısbağanı xilas etmək istəyən şəxsi avtomobil vurub öldürdü - FOTO

12:47 - 16 Avqust 2019 - HADİSƏ

Türkiyənin Dənizli vilayətində tısbağanı yol kənarına qoymaq istəyən şəxsi avtomobil vurub.

Ucnoqta.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Çivrili-Dənizli avtomagistralında qeydə alınıb.

Məlumata görə, Turğay Nacak idarə etdiyi 60 TK 199 qeydiyyat nömrə nişanlı avtomobili ilə Dənizli istiqamətində gedən vaxt yolun ortasında bit tısbağa görüb.

Avtomobili dayandıran Nacak, tısbağanı yol kənarına qoymaq istəyib. Lakin o əsnada eyni yolda hərəkətdə olan Məhmət Orxanın idarə etdiyi 20 AB 070 qeydiyyat nömrə nişanlı avtomobil Nacakı vurub.

Nəticədə Turğay Nacak aldığı xəsarətlərdən qəza yerində həyatını itirib. Məhmət Orxan isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

Xəbər xətti