Zubir "Qarabağ"ı tərk edə bilər

11:06 - 16 Avqust 2019 - İDMAN

“Qarabağ”ın futbolçusu Abdullah Zubir klubu tərk edə bilər.

“Report” “Le Telegramme” portalına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin xidmətində ötən mövsüm Fransada Liqa 1-i tərk edən “Genqam” maraqlıdır. Zubirin transferini reallaşdırmaq üçün klub prezidenti Bertrand Desplat və menecer Stefan Karnonun hazırda Bakıda olduğu bildirilir.

Qeyd edək ki, ötən ilin yayında Fransanın “Lans” klubundan gələn Mərakeş əsilli fransalı futbolçunun “Qarabağ”la 2020-ci ilin iyulunadək müqaviləsi var.

Xəbər xətti