Cəlilabadda avtomobil atı vurdu, sürücünün anası öldü

17:37 - 14 Avqust 2019 - HADİSƏ

Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, avqustun 13-də saat 22 radələrində Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində Bayxanlı kənd sakini Ə.Abdinov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolun hərəkət hissəsində olan 1 atı vurub.

Nəticədə Ə.Abdinovun sərnişini - anası Elmira Abdinova hadisə yerində ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır./trend

Xəbər xətti