"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

Təmsilçimiz “Qarabağ” da mərhələnin cavab oyununa çıxıb. Qurban Qurbanovun komandası Bakıda APOEL-i qəbul edib. Kiprdə keçirilən ilk görüşdə 2:1 hesablı qələbə qazanan Ağdam təsmilçisi pley-offa vəsiqə üçün yaxşı şans əldə etsə də, gözlənilmədən 0:2 uduzaraq Çempionlar Liqasında mübarizəni dayandırıb.

Qeyd edək ki, “Qarabağ” mübarizəni Avroliqanın pley-offunda davam etdirəcək. Təmsilçimiz bu mərhələdə "Linfild" (Şimali İrlandiya) - "Sutyeska" (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Pley-offun oyunları avqustun 22-də və 29-da keçiriləcək. "Qarabağ"ın ilk matçı səfərdə olacaq.

13 avqust
Çempionlar Liqası


3-cü təsnifat mərhələsinin cavab oyunu
 
20:30. "Qarabağ" (Azərbaycan) – APOEL (Kipr) - 0:2 
Qol: De Vinsente, 34-pen. Uroş Matiç, 68
Qırmızı vərəqə: Almeyda, 90+4
Hakimlər: Daniel Sibert, Yan Seydel, Lasse Koslovski, Martin Petersen (Almaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 2:1.

Tarix
13 Avqust 2019 [23:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-08-13 23:26:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin