Mehriban Əliyeva Rusiyanın "Dostluq" ordeni ilə təltif olunub

13:49 - 13 Avqust 2019 - Xəbər

Rusiya prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı "Dostluq" ordeni ilə təltif edib.

APA-nın verdiyi xəbərə görə, bu barədə məlumat Rusiyanın rəsmi hüquq informasiya portalında yerləşdirilib.

Məlumatda bildirilir ki, Rusiya prezidentinin 9 avqust 2019-cu il tarixli sərəncamı ilə Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif olunub.

Xəbər xətti