İlin ilk tutulması halqalı Günəş tutulması olacaq. Tutulma 17 fevral saat 13:56-da başlayacaq və 18:27-də başa çatacaq.
Bu barədə Ucnoqta.az-a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Maksimum fazası 16:12-yə təsadüf edən bu tutulma əsasən Antarktida üzərindən müşahidə olunacaq. Tutulmanın növü müşahidəçinin mövqeyindən asılı olduğuna görə Argentina, Madaqaskar, Cənubi Afrika Respublikası, Tanzaniya, Zimbabve, Namibiya, Seyşel adaları, Mozambik, Çili, Botsvana, Malavi, Zambiya, Cənubi Corciya və Cənubi Sendviç adaları, Mavriki, Reyunion, Lesoto və digər bir sıra ölkələrdə görünəcək.
Qeyd edək ki, bu tutulma Azərbaycandan müşahidə olunmayacaq. Növbəti tutulma isə 3 mart tarixində baş verəcək tam Ay tutulması olacaq.