Bakı-Qazax yolunda ağır qəza: iki avtobus və bir minik avtomobili toqquşdu- 19 yaralı

09:58 - 11 Avqust 2019 - HADİSƏ

Kürdəmir- Şirvan avtomobil yolunda ağır yol qəzası baş verib.

Avtomobil yolunda hərəkətdə olan iki avtobus və bir minik avtomobili toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində 19 nəfər müxtəlif xəsarət alıb. Yaralılardan 10 nəfər Şirvan rayon Mərkəzi Xəstəxanasına, 9 nəfər isə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Kürdəmir MRX-dan Trend-ə bildiriblər ki, hadisə nəticəsində xəsarət alan 6 qadın, 2 kişi və bir azyaşlı oğlan xəstəxanaya gətirilib. Azyaşlının Bakıya travmatologiya institutuna (qolun amputasiyası), 2 kişinin isə KTM-ə keçirilməsi qərara alınıb. Şirvan MRX-a 4 kişi 6 qadın çatdırılıb. Qadınların ikisində qapalı kəllə beyin travması ehtimal olunur. Yaralıların hamısına lazımı yardım göstərilir./trend


Xəbər xətti