Azərbaycan Bolqarıstana nota verib

Bolqarıstan parlmentinin üzvləri Valeri Simeonov və Yordan Apostolovun bu ilin 6-7 avqust tarixlərində ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfəri və burada qondarma separatçı rejimin “nümayəndələri” ilə keçirdikləri görüşlərlə bağlı Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən etiraz notası Bolqarıstan Xarici İşlər Nazirliyində keçirilmiş görüş zamanı qarşı tərəfin diqqətinə çatdırılıb.

Xarici İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, ermənipərəst mövqeyi ilə tanınan deputat V.Simeonovun bu, ölkəmizin işğal edilmiş ərazilərinə 3-cü qanunsuz səfəridir, onun adı 2016-cı ildə həyata keçirdiyi icazəsiz səfər nəticəsində “işğal edilmiş ərazilərimizə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşları” siyahısına daxil edilib:

"Deputat Y.Apostolova gəldikdə isə, ölkəmizin işğal olunmuş ərazilərinə icazəsiz səfər edən digər xarici ölkə vətəndaşlarının halında olduğu kimi, onun da bu səfəri eyni hüquqi nəticələri doğuracaq".

Tarix
8 Avqust 2019 [16:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-08-08 16:13:13
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin