"Qarabağ" - APOEL matçının biletləri satışa çıxarılıb

15:11 - 7 Avqust 2019 - İDMAN

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-i ilə Bakıda keçirəcəyi cavab oyunu üçün biletlər satışa çıxarılıb.

Ucnoqta.az klubun saytına istinadən xəbər verir ki, artıq qarşılaşmanın biletləri bu gündən etibarən satışa çıxarılıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir. 

Biletlərin satış məntəqələri: 

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:30-da başlayacaq.

Xəbər xətti