Cennifer Lopes Antalyada konsert verdi- VİDEO

Latın pop musiqisinin divası 7 il fasilədən sonra yenidən Antalyada konsert verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu yaxınlarda 50 illik yubileyini qeyd edən dünya ulduzu Antalya səhnəsində fırtına qoparıb. Möhtəşəm gecədə siyasət, idman, biznes və incəsənət dünyasının tanınmış nümayəndələri iştirak edib.

Uzun müddət sonra yenidən Türkiyəyə gəldiyi üçün xoşbəxt olduğunu söyləyən Cennifer Lopes “Ölkəniz üçün çox darıxmışdım” deyə qeyd edib. 2 saatlıq konserti 2500 nəfər izləyib. Müğənninin qızı Emmi Antoni ilə oxuduğu duet isə gurultulu alqışlarla qarşılanıb.

Konserti izləməyə gələnlər arasında Erkan Kolçak Köstendil və xanımı Cansu Tosun, Enis Arıkan, Aslı Kızmaz, Meryem Uzerli, Anıl və Pelin Akil cütlüyü, “Antalya Spor”un bütün heyəti, həmçinin “Real Madrid”in keçmiş futbolçusu Klarens Zidorf da olub.

Tarix
7 Avqust 2019 [12:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-08-07 12:17:23
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin