“Qarabağ” səfərdə APOEL-i məğlub etdi

22:56 - 6 Avqust 2019 - İDMAN

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə start verilib.

Azərbaycan təmsilçisi “Qarabağ” səfərdə Kipr APOEL-i ilə üz-üzə gəlib. Ağdam klubu Mahir Emreli və Maqaye Qeyenin qolları ilə 1:2 hesabi ilə inamlı qələbə qələbə qazanıb.

Qeyd edək ki, bir həftə sonra Bakıda keçiriləcək cavab oyunundan sonra bu cütün qalibi pley-off mərhələsində PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.

 
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi
6 avqust


APOEL - Qarabağ 1:2
Qol: G.Merkis, 90+5 - M.Emreli, 54. M.Qeye, 69.
Hakimlər: David Massa, Fabiano Preti, Alberto Teqoni, Rosario Abisso (hamısı İtaliya).
Nikosiya. GSP stadionu.

Xəbər xətti