İranın Neft Nazirliyinin binası yanır

11:33 - 4 Avqust 2019 - DÜNYA

Tehranda yerləşən İranın Neft Nazirliyinin binasında yanğın baş verib.

Trend-in məlumatına görə, bunu Mehr İnformasiya Agentliyinə hadisə ilə tanış rəsmi bildirib. Rəsminin sözlərinə görə, yanğın binanın 15-ci mərtəbəsində baş verib və binanı tüstü bürüyüb.

Hazırda bina boşaldılır.

Xəbər xətti