Azərbaycan Avropada gənclərin faizinin ən çox olduğu ölkədir

Azərbaycan Avropada 25-29 yaş arası insanların faizinin ən çox olduğu ölkədir.


Bu barədə “Eurostat”ın hesabatında deyilir.

Hesabata əsasən, Azərbaycan əhalisinin 9,4 faizi bu yaş qrupuna aiddir.

Gənc nəslin daha çox olduğu ölkələr arasında həmçinin Malta (8,4 faiz), Albaniya (8,2 faiz) və İslandiya (8 faiz) yer alıb.

25-29 yaşlı gənclərin ən aşağı faizi isə İspaniya və İtaliyada qeydə alınıb. Bu ölkələrdə gənc nəsil əhalinin 5,4 faizini təşkil edir.

Bundan başqa, Almaniyada əhalinin 6,4 faiz, Fransada 5,8 faizi, Böyük Britaniyada 6,9 faizi, Türkiyədə isə 7,7 faizi 25-29 yaş arası gənclərdir./trend

 

Tarix
3 Avqust 2019 [16:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-08-03 16:04:29
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin