"KamAZ" Ağcabədi sakinini vurub öldürdü

18:36 - 29 İyul 2019 - HADİSƏ

Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində yol-nəqliyyata hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, iyulun 28-də saat 13 radələrində Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində İmişli rayon sakini Ş.Ələsgərov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən qəsəbə sakini Səltənət Əsədovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Laçın RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər xətti