“Qarabağ” – “Dandolk” oyunu canlı yayımlanacaq

16:51 - 29 İyul 2019 - İDMAN

Ağdamın "Qarabağ" klubunun Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyunu canlı yayımlanacaq.

Azərbaycan çempionunun İrlandiyanın "Dandolk" klubu ilə ev görüşünü "CBC Sport" telekanalı azarkeşlərə nümayiş etdirəcək. Qarşılaşma iyulun 31-də baş tutacaq. "Dalğa Arena"da keçiriləcək matç saat 21:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ”la “Dandolk” arasında iyulun 24-də keçirilən ilk görüşdə qalib müəyyənləşməyib – 1:1./Apa

Xəbər xətti