Şənbə günü “Metropark” ticarət və əyləncə mərkəzində baş verən yanğınla bağlı, mərkəzə giriş 3 gün ərzində bağlı olacaq.
Bu barədə məlumatı “Park Cinema Metropark”ın mətbuat xidməti yayıb. Məlumatda qeyd olunub ki, “Metropark”da gerçəkləşən təmir-bərpa işlərinə baxmayaraq, “Park Cinema Metropark” kinoteatrının iş rejimində heç bir dəyişiklik yoxdur, kinoteatrımız öz fəaliyyətinə davam edir, 3 gün ərzində giriş “parkinq” tərəfindən təşkil olunacaq./qafqazinfo