Rusiyada 22 nəfər şaurmadan zəhərləndi

10:43 - 29 İyul 2019 - Xəbər

Yakutiyada Çurapa kəndində kafelərin birində kütləvi zəhərlənmə baş verib.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, kafədə şaurma yedikdən sonra 22 nəfər həkimə müraciət edib. Regional səhiyyə idarəsinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər. Həkimə müraciət edənlərdən 8 nəfərin azyaşlı olduğu bildirilir. Onlar hazırda stasionar şəkildə müalicə olunurlar.

Hadisədən sonra kafedə qidalardan laborator analizlər üçün nümunələr götürülüb. Fakt araşdırılır.

Xəbər xətti