Avropa Çempionatının finalına üç Azərbaycan paracüdoçusu vəsiqə qazanıb

14:33 - 28 İyul 2019 - İDMAN

Avropa Çempionatının ikinci günündə Azərbaycan paralimpiyaçılarından üç nəfər finala vəsiqə qazanıb.

Bu barədə məlumatı Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidməti yayıb. İtalyanın Genuya şəhərində keçirilən paracüdo idman növü üzrə paralimpiyaçı cüdoçularımızdan kişilər arasında +100 kq çəkidə yarışan İlham Zəkiyev, qadınlar arasında +70 kq çəkidə Dürsədəf Kərimova və +63 kq çəkidə Xanım Hüseynova finala vəsiqə qazanıblar.

Digər idmançılarımızdan -100 kg çəkidə Kənan Abdullaxanlı və -81 kg çəkidə Hüseyn Rəhimli bürünc medal uğrunda mübarizə aparacaqlar.
Final görüşləri Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, yarışın birinci dünündə idmançılarımız 2 gümüş, 3 bürünc medal qazanıblar./report

Xəbər xətti