Müdafiə Nazilrliyi qəzaya uğramış MiQ-29 ilə bağlı açıqlama yayıb

13:06 - 27 İyul 2019 - Xəbər

Müdafiə Nazilrliyi qəzaya uğramış hərbi təyyarə ilə bağlı açıqlama yayıb

Hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar  axtarışlar davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, axtarışlarla bağlı yaradılan əməliyyat qərargahında Müdafiə Nazirliyi, aidiyyəti dövlət qurumları və xidmətlərin nümayəndələrinin iştirakı ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Qeyd edək ki, iyulun 24-ü saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Qəza nəticəsində MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

Xəbər xətti