DSX: Xəzərdə batan İran gəmisinin heyət üzvlərinin hamısı xilas edilib

16:38 - 26 İyul 2019 - Xəbər

Dövlət Sərhəd Xidməti (DSX) İran gəmisinin Xəzər dənizində batması ilə bağlı məlumat yayıb.  

DSX-nin Mətbuat Mərkəzindən  verilən məlumata görə, bu gün saat 14:15-də xidmətin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.

Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliy­yatına başlanıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib./report 

 

Xəbər xətti