Toyuğun kəsilmiş tikəsi boşqabda hərəkətə gəldi – VİDEO

23:16 - 25 İyul 2019 - MARAQLI

İngiltərədə kafelərin birində qəribə hadisə baş verib. Belə ki, çiy toyuq tikəsi boşqabların birindən “düşüb qaçıb”.

 Ri Fillips adlı müştəri baş verənləri videoya çəkərək sosial şəbəkədə paylaşıb. Qısa müddətdə 3 milyon baxış toplayan videoya müxtəlif şərhlər yazılıb. İzləyicilərdən biri hətta “Əgər yeməyim çıxıb gedərsə, mən də durub gedərəm” deyə zarafat edib.

Daha sonra aydınlaşdırılıb ki, toyuq ətinin hərəkət etməsinə səbəb kəsilməsinə baxmayaraq, onda hələ də oyaq sinirlərin olması olub./qafqazinfo

Xəbər xətti