Bu ərazilərdə qaz olmayacaq

10:05 - 25 İyul 2019 - Xəbər

Bu gün səhər saat 09:00-dan işlər tamamlanana qədər aşkarlanan qaz sızmalarının ləğvi məqsədilə Samux rayonunun 2 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb. 

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Ucnoqta.az-a verilən məlumata görə, bundan başqa daha 2 rayonda orta təzyiqli qaz kəmərlərində payız-qış mövsümünə hazırlıq işləri aparılır.

Beləliklə, Bərdə rayonunda saat 14:00-dan işlər tamamlanana qədər 3 yaşayış məntəqəsi, Kürdəmir rayonunda isə saat 13:30-dan 15:30-dək 5 kənddə qaz təchizatı dayandırılacaq.

Xəbər xətti