Ürək dayandıqdan sonra beyin 15-20 dəqiqə yaşayır

18:43 - 22 İyul 2019 - MARAQLI

İnsan öldükdən sonra onun beyni 15-20 dəqiqə fəaliyyətdə olur.

Bu, alimlərin apardıqları araşdırmalar nəticəsində ortaya çıxıb. Onlar ruhun bədəndən ayrıldığı anı qeydə ala biliblər. Doktor Lakxmir Çavla hesab edir ki, bu fenomen mini batareyalar kimi kiçik bir elektrik yükə malik olan neyronların ölümü ilə bağlıdır.

Elektrik yükü insan öldükdən sonra- 15-20 dəqiqədən sonra boşalmağa başlayır. O vaxtadək isə beyin işlək vəziyyətdə olur.

Digər fikir Pennsylvaniya Universitetindən Lance Bekkerə məxsusdur. O hesab edir ki, neyronlar dayanmış ürəyi işə salmağa çalışır. Bəzən insanın klinik ölümü zamanı ”diriltməyə” də nail ola bilir.

Ölümdən sonra müəyyən anlarda ölən adamların beynində elektrik aktivlik (canlı şəxsin beynindəki adi aktivlikdən daha yüksək) qeydə alınıb. “Depressiya yayılması” adlanan bu fenomen, həqiqətən, bir canlı insanın panik vəziyyətinə bənzəyir. Ölümdən sonra ölənlər nə üçün qorxur? Görünür həmin şəxs dünyasını dəyişdiyini anlayır.

 

 

Pünhan

Xəbər xətti