Ana səhifə Mobil versiya
21 Sentyabr 2019

Erməni müğənni Brilliantın “Vokaliz”ini festivalda OXUDU - VİDEO

Erməni müğənni Siranuş Harutyunyan (Siruşo) illər öncə repertuarına icazəsiz şəkildə saldığı Azərbaycan mahnısını yenidən ifa edib.

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, erməni ifaçı Azərbaycanın Xalq artisti Brilliant Dadaşovanın repertuarında yer alan “Vokaliz” mahnısını “Yurmala” festivalında “Takka tukka” deyərək oxuyub.
Siruşo “Instagram” hesabının “Story” bölməsində festivalın səhnəsində səsləndirdiyi mahnının görüntülərini paylaşıb.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Brilliant Dadaşova ilə əlaqə saxlayıb.
Xalq artisti məsələyə soyuqqanlı şəkildə reaksiya verib:

“Göndərərdilər məni “Yurmala” festivalına, mən də orada çıxış edib “Vokaliz”i necə lazımdır, ifa edərdim. Mən tək başına heç bir şey edə bilmərəm. Tək əldən səs çıxmaz. Biz ermənilərlə müharibə şaraitində yaşadığımız üçün onları məhkəməyə verə bilmərik. Bundan öncə də belə bir hadisə yaşanmışdı. İstədik ki, məhkəmə yolu ilə hüquqlarımızı tələb edək, lakin alınmadı. Bizim ermənilərlə mədəni əlaqələrimiz də yoxdur”.

B.Dadaşova bildirib ki, bəzi axmaq, səsi olmayan zəif müğənnilər bu gözəl əsəri “Takka tukka” deyə oxuyurlar:

“Amma onlar başa düşmürlər ki, bu bir sənət əsəridir. Bu əsərlə biz dünyanı mat qoya bilərik. Onu da deyim ki, bu mahnının biz müəllif hüquqlarını 19 il öncə təsdiqlətmişik. Bu, mahnı deyil, əsərdir. Mən bu əsəri şəxsən özüm yaratmışam. Meydan, Bakı xalq mahnıları və Vaqif Gərayzadənin “Caz-folk”unu birləşdirib səsimlə musiqi alətlərini təqlid etmişəm. Əsərdə söz yoxdur. Müəllif hüquqlarında bu əsər mənim adımla qeydiyyatdan keçib. Müvafiq qurum bununla bağlı “Yurmala” festivalının təşkilatçılarına etirazını bildirməlidir”.

Tarix
22 İyul 2019 [13:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-22 13:35:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin