SYSLAB təlimlərindən daha 68 gənc faydalanıb

12:00 - 22 İyul 2019 - Xəbər

  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT İnkişaf Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə layihəsinin davamı kimi, Gəncə şəhərində və Zaqatala rayonunda fəaliyyətə başlayan Məşğulluq və Təlim Mərkəzlərinə (SYSLAB) 68 gənc cəlb olunub. 

Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, hər iki Mərkəzdə gənclərə təqdimatlar keçirmək, komanda işi, işəgötürənlərlə əlaqələrin qurulması, telefonla ünsiyyət, CV-lərin tərtibi və müsahibələrə hazırlıq və s. üzrə bacarıqlar formalaşdırılır. Müxtəlif təlim və mentorluq metodikaları vasitəsilə onlarda özünəinam hissi və motivasiya artırılır. Həmçinin təlimlər prosesində müxtəlif özəl və dövlət müəssisələri ilə işgüzar əlaqələr qurulur, ekspertlər, təlimçilər və uğurlu məzunlar gənc iştirakçılarla görüşlərə dəvət olunur. 

Bütün bunlar gənclərin əmək bazarına asan şəkildə inteqrasiyasına kömək edir. Təlimlərə cəlb olunan 68 gəncdən artıq 28 nəfəri burada yiyələndikləri bacarıqlar hesabına münasib işlərlə təmin ediliblər.


Xəbər xətti