Xırdalan sakini Astara polisini aldatmağa çalışdı

10:41 - 22 İyul 2019 - Xəbər

Xırdalan sakini Astara polisini aldatmağa çalışıb.

 Abşeron rayonu Xırdalan şəhərində qeydiyyatda olan, Astara şəhərində yaşayan K.Qənbərova Astara Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Mərkəzi Poçtun yaxınlığında tanımadığı şəxsin onun əlindən “Samsung” markalı mobil telefonunu alaraq qaçdığını bildirib.

Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, K.Qənbərovanın mobil telefonunu qeyri-rəsmi nikahda yaşadığı İqrar Əliyev qısqandığı üçün könüllü şəkildə ondan alıb, lakin sonra geri qaytarmayıb.
Bununla da K.Qənbərovanın şikayət ərizəsində soyğunçuluq cinayəti barədə yalan məlumat verdiyi müəyyən edilib. İstintaq zamanı “Samsung” markalı mobil telefon aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti